Axtarış

28 Mayıs 2014 Çarşamba

Internetdən pul qazanmaq yolları (XII Yazı) - Adsense gəlirlərini yüksəltməyin 3 qaydası

Salam dostlar
Bu yazımızla Adsense üzvlərinə öz töhfəmizi vermək istədim. Google Adsense ilə ay ərzində 100 USD çatdıra bilməyənlər qeyd edəcəyimiz bəzi nüanslara diqqət yetirərək öz gəlirlərini artıra bilərlər.
Başlayaq.
1. Bahalı reklamlar yerləşdirmək. İndi istifadəçilər sual verəcəklər bahalı reklamlar necə olur? Adsense reklamlarının bəziləri klik başına 0.01 USD, bəziləri 0.10 USD, bəziləri isə  0.99 USD verir. Öz saytımızda (blogumuzda) klik başına daha çox pul ödəyən reklam yerləşdirsək qazancımız daha tez artacaq.
Bu zaman sual ortaya çıxacaq. Hansı reklamlar daha çox qazandırır ? - deyək ki, Google Axtarışa biz "sevgi" yazıb axtarışa verək. axtarış zamanı qarşımıza 0.67 saniyə içində 15.900.000 nəticə çıxır. Deməli "sevgi" sözü ilə əlaqəli reklamları ala biləcək 15.900.000 sayda sayt var. Deməli sevgi adı ilə bağlı olan reklamların qiyməti çox ucuz olacaq. İndi daha bir sınaq həyata keçirək, Google-a "kompyuter" yazıb axtarış verək 0.42 saniyə ərzində 883.000 nəticə gəldi.
Nəticə çıxarsaq "kompyuter" sözünə aid reklamı ala biləcək 883.000 sayt olduğu halda "sevgi" sözünə aid olan reklamı ala biləcək 15.900.000 sayt olduğunu görərik. Deməli kompyuterə aid reklamın qiyməti sevgiyə aid reklamın qiymətindən qat-qat bahadır. 
 Bu Adsense-nin diqqət etdiyi əsas nüansdır.
2. Reklamları səhifəmizin mövzusuna uyğun yerləşdirmək. Adsense reklamlarını saytımızın mövzusuna uyğun yerləşdirsək, həm ziyarətçiləri cəlb etmiş olar, həm də Adsense-nin sevimli üzvü olarıq. 
3. Səhfədə maksimum reklam sayını aşmamaq. Hər səhfədə maksimum 2-3 adsense reklamı yerləşdirmək tövsiyyə olunandır. Bu həm səhfəmizin yüklənmə vaxtını miniuma endirəcək və səhifəmizi sürətləndirəcək. Klik başına daha çox gəlir əldə etməyimizi sağlayacaq.



Adsense gəlirlərimizi yüksəltməyin əsas 3 qaydasını unutmayaq və istifadə edək. Çünki bu zaman gəlirimiz daha tez artacaq və qısa zaman ərzində 100.000 USD çata bilərik.

yazımızı sona qədər oxuduğunuz üçün əvvəlcədən təşəkkürlər.
Şərhlərinizi gözləyirik.

Hiç yorum yok: